Almaniya Frankfurt (Oder) şəhərində 19 yaşadək boksçular arasında beynəlxalq turnir başa çatıb.
Azərbaycan Boks Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Azərbaycan millisi yarışda 6 medal qazanıb.
U-19 komandanın heyətində Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) gümüş, Toğrul Quliyev (60 kiloqram), Şahin Aslanov (65 kiloqram) və Səftər Məmmədzadə (+90 kiloqram) bürünc medala sahib olublar.













































































