Futbol üzrə dünya çempionatının Kot d'İvuar - Norveç oyunu başa çatıb.
Sportnet.az xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçı Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Norveçin qollarını Antonio Nusa və Erlinq Holann vurub. Afrika komandasının qoluna isə Amad Diallo imza atıb.
DÇ-2026
1/16 final
30 iyun
21:00. Kot d'İvuar - Norveç - 1:2
Qollar: Amad Diallo, 74, Antonio Nusa, 39, Erlinq Holann, 86
Baş hakim: Xesus Valensuela (Venesuela)











































































