Azərbaycan Premyer Liqasının klublarına qrant müqaviləsi əsasında uşaq və yeniyetmə futbolunun inkişafı üçün ayrılan maliyyə yardımından istifadə qaydaları və nəzarət mexanizmi ilə bağlı yeni yanaşma təqdim olunub.
Sportnet.az-ın xəbərinə görə, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun İcraiyyə Komitəsinin (İK) iclasında məlumat verib.
Səsverməyə qoyulan məsələ İK tərəfindən qəbul edilib.





































































