“Şamaxı” klubu heyətini Portuqaliyadan olan yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi "Paredes" komandasının mərkəz müdafiəçisi Rui Paşekonu transfer edib.
Bu gün 24 yaşını qeyd etmiş stopperlə daimi əsaslarla müqavilə imzalanıb. Transferin şərtlərinə görə, "Paredes" oyunçunun iqtisadi hüquqlarının 35 faizini özündə saxlayacaq.
Portuqaliya klubu keçidlə bağlı yaydığı açıqlamada Rui Paşekoya komandaya göstərdiyi peşəkarlıq, fədakarlıq və sədaqətə görə təşəkkür edib. Bildirilib ki, yarımmüdafiəçi son iki mövsümdə komandanın əsas fiqurlarından biri olub və klubun Liqa 3-ə yüksəlməsində mühüm rol oynayıb.












































































