İtaliyanın paytaxtı Romada keçirilən Qran Pridə Azərbaycan taekvondoçusu Qaşim Maqomedov bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 58 kq çəki dərəcəsində yer alan idmançı medala gedən yolda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, Maqomedov turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı.
Qran Pri seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.

















































































