“Payde” təcrübəli komandadır. Son illərdə UEFA turnirlərində müntəzəm iştirak edir. Bizi maraqlı və gərgin oyun gözləyir”.
Sportnet.az xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın “Payde” komandasına qarşı keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında səsləndirib.
Baş məşqçi hər iki komandanın turnirin birinci təsnifat mərhələsini uğurla adladığını xatırladaraq qarşıdakı görüşün əhəmiyyətini vurğulayıb: “Sabah ikinci mərhələnin ilk oyununa çıxacağıq. Olduqca vacib görüşdür. Matçla bağlı öz planlarımız və məqsədlərimiz var”.
R.Sadıqov rəqibin oyun üslubunu təhlil etdiklərini də bildirib: “'Payde' ilə 'Torpedo' demək olar ki, eyni üslubda çıxış edir. Rəqibi ətraflı analiz etmişik və oyuna hazırıq. Onların planlarını pozmağa çalışacağıq”.







































































