Qazaxıstanın Astana şəhərində keçirilən "Kazakhstan Open" beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
Daha əvvəl "Altay" çempionatında taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.











































































