ABŞ-ın “Boston Seltiks” komandasının baş məşqçisi Co Mazzulla Milli Basketbol Assosiasiyasında (NBA) 2025/2026 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Sportnet.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis səsvermədə “Detroyt Pistons”dakı həmkarı Cey Bi Bikerstaffı və “San Antonio Spörs”ün sükanı arxasındakı Mitç Consonu qabaqlayıb.
Mazzullanın rəhbərliyi altında “Boston Seltiks” müntəzəm çempionatda 56 qələbə qazanaraq Şərq Konfransında ikinci yeri tutub. Komanda pley-offun ilk mərhələsində isə “Filadelfiya Siksers”ə seriyada 3:4 hesabı ilə uduzub.
Gənc mütəxəssis 1980-ci ildən sonra “Boston” klubunda bu mükafatı qazanan ilk baş məşqçi olub. Ondan əvvəl bunu yalnız Bill Fitç əldə edib. O, həmçinin klub tarixində Red Auerbax, Tom Heynson və Fitçdən sonra bu ada layiq görülən dördüncü baş məşqçidir.








































































