2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu təşkilatçı ölkələrdən olan Meksikanın milli komandası ilə İngiltərə yığması arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Mexikodakı "Asteka" stadionunda təşkil olunmuş qarşılaşma İngiltərənin qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 36-cı dəqiqədə Cud Bellingem açıb. Cəmi iki dəqiqə sonra Bellingem özünün və komandasının ikinci qolunu vuraraq fərqi artırıb.
Meksika 42-ci dəqiqədə Xulian Kinyonesin qolu ilə hesab arasındakı fərqi minimuma endirib.
İkinci hissədə İngiltərə 54-cü dəqiqədən etibarən azlıqda qalıb. Carell Kuansa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, 60-cı dəqiqədə Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 3:1 edib.
Meksika 69-cu dəqiqədə Raul Ximenesin penaltidən vurduğu qolla fərqi yenidən minimuma endirsə də, qalan vaxtda hesab dəyişməyib.
Beləliklə, İngiltərə dünya çempionatının 1/4 finalına yüksəlib. Növbəti rəqib Norveç millisi olacaq.










































































