Misir Futbol Federasiyası milli komandanın kapitanı Məhəmməd Salahın səhhəti ilə bağlı məlumat yayıb.
Sportnet.az xəbər verir ki, dünya çempionatının qrup mərhələsinin III turunda İran yığmasına qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda zədələnən futbolçu matçın 57-ci dəqiqəsində əvəzlənib.
Federasiyanın açıqlamasında bildirilir ki, aparılan müayinənin nəticələrinə əsasən Salahın budun arxa əzələsində dartılma aşkarlanıb.
Hazırda futbolçu bərpa proqramına başlayıb.
Misir millisi dünya çempionatının 1/16 final mərhələsində Avstraliya yığması ilə qarşılaşacaq. Görüş iyulun 3-də keçiriləcək.












































































