Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilmiş turnirinin bonus sahibləri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "gecənin performansı" bonusuna dörd döyüşçü layiq görülüb.
Bunlar Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenkodur. Onların hər biri 100 min ABŞ dolları məbləğində mükafat qazanıb.
Bundan əlavə, döyüşü vaxtından əvvəl başa vuran, lakin "Gecənin performansı" bonusunu qazanmayan hər bir döyüşçüyə 25 min ABŞ dolları məbləğində əlavə mükafat verilib.
Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.











































































