"Türkiyə millisinin DÇ-2026-dakı çıxışı məndə böyük məyusluq yaratdı".
Sportnet.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "ay-ulduzlular"ın hazırda davam edən mundialda qrupda qalmasını şərh edərkən deyib.
Komandanın mundialdakı oyunlarını böyük həvəslə gözlədiklərini bildirən 44 yaşlı mütəxəssis gözləntilərin doğrulmadığını vurğulayıb: “Bütün türk millətləri kimi, biz də dünya çempionatını gözləyirdik. Özbəkistana da azarkeşlik edirik. Onların dünya çempionatına vəsiqə qazanması və ilk oyunda Kolumbiyaya qarşı layiqli mübarizə aparması artıq hamımız üçün yetərlidir. Türkiyədən isə gözləntilər daha çox idi. Amma məyus olduq. Düşünürəm ki, komanda arzulanan performansı ortaya qoya bilmədi. İnanıram ki, növbəti Avropa və dünya çempionatlarına hazırlaşaraq daha yaxşı çıxış edərlər”.
“Zirə”nin 1992-ci ildə son anda Avropa çempionatına qatılaraq qızıl medal qazanan Danimarka yığması kimi uğur qazanma şanslarına da münasibət bildirən Sadıqov bunu hər kəsin arzusu kimi dəyərləndirib: “Əlbəttə, hamının ağlından belə bir ssenarinin təkrarlanması bir anlıq keçir. Amma elə hadisələr var ki, tarixdə bir dəfə baş verir. Təbii ki, biz də qrupa düşməyi istərdik. Belə bir böyük istək və arzumuz var. Daha çox təmsilçimizin əsas mərhələdə çıxış etməsini klub rəhbərliyi də, azarkeşlər də, futbol cameəsi də istəyir. bəlkə də həyatda yalnız bir dəfə yaşanır. Biz də uğurun bizim tərəfimizdə olmasını və qrup mərhələsinə yüksəlməyimizi arzulayırıq. Lakin hazırda şəxsən məni "Torpedo Kutaisi" ilə oyun, rəqib üzərində üstünlük yaratmaq üçün nələr etməli olduğumuz düşündürür”.













































































