Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisi Avropa çempionatına hazırlığı Şamaxıda davam etdirir.
Bu barədə Sportnet.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik ediblər. Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparıblar.
Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı 29 iyun – 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.













































































