Futbol üzrə İspaniya millisi dünya çempionatının qalibi olub.
Sportnet.az xəbər verir ki, yığma finalda Argentina ilə qarşılaşıb.
Görüşün əsas vaxtı qolsuz heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb.
Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində İspaniya ilk qola sevinib.
Fernan Torres qapını dəqiq nişan alıb - 1:0.
Bununla da Avropa təmsilçisi tarixində ikinci dəfə mundialın qalibi olub.
DÇ-2026
Final
23:00 İSPANİYA – ARGENTİNA - 1:0 (əsas vaxt 0:0)
Qol: Ferran Torres, 106 (1:0)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Nyu-Cersi (ABŞ), MetLife Stadionu.











































































