UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü ərəfəsində Azərbaycanın təmsilçisi “Zirə”nin potensial rəqibləri məlum olub.
Sportnet.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda püşkatmada səpələnməmişlər səbətində yer alacaq.
“Zirə” II təsnifat mərhələsində Estoniyanın “Payde” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, III mərhələdə aşağıdakı cütlərdən birinin qalibi ilə üz-üzə gələcək:
- “Bravo” (Sloveniya) – “Şkendiya” (Şimali Makedoniya);
- “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya);
- “Rakuv” (Polşa) – “Valletta” (Malta);
- “Riyeka” (Xorvatiya) – “Derri Siti” (İrlandiya);
- “Polesye” (Ukrayna) – “Kopenhagen” (Danimarka).
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün saat 16:00-da keçiriləcək.










































































