Futbol üzrə dünya çempionatının qrup mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.
Sportnet.az FIFA-ya istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin futbolçusu Kerim Alajbeqoviç 18 yaş 276 günlüyündə dünya çempionatları tarixində cərimə meydançası xaricindən qol vuran ən gənc oyunçu olub.
İsveçrə yığmasının üzvü Ruben Varqas isə ikinci hissənin başlanmasından cəmi 39 saniyə sonra fərqlənərək son 16 ilin dünya çempionatlarında ikinci yarının ən sürətli qolunun müəllifi kimi tarixə düşüb.
Mərakeş millisinin futbolçusu İsmail Saibari dünya çempionatında komandasının ilk üç oyununda ardıcıl qol vuran Avropa və Cənubi Amerika qitələrindən kənar ilk oyunçu olub.
Bundan başqa, Braziliya yığmasının qapıçısı Alissonun uğurlu çıxışı sayəsində komanda dünya çempionatları tarixində 50-ci “quru oyun”unu keçirib.
Beləliklə, Braziliya mundiallar tarixində 50 oyunda qapısını toxunulmaz saxlayan ilk milli komanda kimi rekord müəyyənləşdirib.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.












































































