Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən "Sofia Diving Cup" beynəlxalq turnirində gümüş medal qazanıb.
Bu barədə Sportnet.az-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
O, bir metr tramplindən sula tullanma növündə buna nail olub.
İdmançımız 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.
Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.
Qeyd edək ki, Azərbaycan millisi Sofiyadakı yarışda 7 idmançı ilə təmsil olunur.









































































