UEFA Türkiyənin "Qalatasaray" klubunu maliyyə intizamını pozduğuna görə cərimələyib.
Sportnet.az xəbər verir ki, buna İstanbul təmsilçisinin səfər oyunları zamanı ev sahibi klubların təqdim etdiyi bilet ödənişləri ilə bağlı öhdəliyini yerinə yetirməməsi səbəb olub.
Pozuntu 2025-ci il sentyabrın 18-də Almaniyada "Ayntraxt" (Frankfurt) ilə keçirilən (1:5) və noyabrın 5-də Niderlandda "Ayaks"a qarşı baş tutan (3:0) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunlarına aid edilib.
UEFA-nın İntizam Reqlamentinin 11.2 (g) maddəsini pozduğu üçün "Qalatasaray"a 15 min avro məbləğində cərimə tətbiq olunub.












































































