2026-cı il dünya çempionatında daha bir qrup üzrə mübarizəyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, III turda İngiltərə Panamanı, Xorvatiya Qananı sınağa çəkib.
Hər iki matç Avropa qitəsindən olan komandaların qələbəsi ilə yekunlaşıb.
ABŞ-ın İst Raterford şəhərindəki "Metlayf" stadionunda təşkil olunmuş qarşılaşmada İngiltərə millisi 2:0 hesabı ilə qalib gəlib.
İlk qolu 62-ci dəqiqədə Cud Bellingem vurub. Bundan 5 dəqiqə sonra Harri Keyn yekun nəticəni müəyyənləşdirib.
Filadelfiyadakı "Linkoln Faynenşeld Fild" stadionunda isə Xorvatiya minimal fərqlə üstün olub. Qalib komandadan Petar Suçiç 31-ci, Nikola Vlaşiç 83-cü dəqiqədə fərqlənib. Qananın yeganə qolunu isə 73-cü dəqiqədə Derrik Lükkassen vurub.
Beləliklə, İngiltərə 7 xalla qrup lideri, Xorvatiya 6 xalla 2-ci yerin sahibi kimi 1/16 finala yüksəlib.
4 xalla 3-cü yeri tutan Qana da adını növbəti mərhələyə yazdırıb.











































































