Almaniyalı mütəxəssis Marko Roze İngiltərənin "Bornmut" komandasının baş məşqçisi təyin edilib.
Sportnet.az xəbər verir ki, klubun rəsmi saytında Rozenin Avropa futbolunda qazandığı uğurlar, gənc futbolçularla işləmək bacarığı və hücumameyilli oyun üslubu xüsusi vurğulanıb.
"Çoxsaylı titullar qazanmış, gənc istedadların inkişafına töhfə vermiş və Avropanın aparıcı klublarında çalışmış məşqçi "Bornmut"a qoşulur. Roze enerjili, hücum futboluna əsaslanan üslubu və gənc oyunçuları inkişaf etdirmək bacarığı ilə tanınır", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, "Bornmut"un əvvəlki baş məşqçisi Andoni İraola klubdan ayrılıb. İspaniyalı mütəxəssis iyunun 4-də "Liverpul"un baş məşqçisi təyin olunub.
48 yaşlı Marko Roze karyerası ərzində Avstriyanın "Zaltsburq", eləcə də Almaniyanın "Borussiya" (Mönhenqladbax), "Borussiya" (Dortmund) və "Leyptsiq" kimi klublarda çalışıb.
















































































