Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, "Azərsun Arena"nın məşq meydançasında təşkil edilən görüşdə kollektivlər 30 dəqiqəlik 4 hissə oynayıblar.
Matç Qurban Qurbanovun komandasının 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahiblərindən Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli fərqləniblər.
Qonaqlarda isə George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskerov diqqət mərkəzinə düşüblər.
Ağdam klubu yeni mövsümə Avstriyanın Tirol əyalətində, "Zirə" isə Türkiyənin Bolu şəhərində hazırlaşacaq.















































































