2026/2027 mövsümünə hazırlığı davam etdirən "Qarabağ" yoxlama oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, Ağdam komandası iyunun 20-də saat, 18:00-da “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək.
Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.





















































































