Futbol üzrə dünya çempionatında İngiltərə Xorvatiyanı böyük hesabla məğlub edib.
Sportnet.az xəbər verir ki, Dallas stadionunda keçirilən L qrupunun I turunun matçında ingilislər 4:2 hesablı qələbəyə seviniblər.
Yığmanın heyətində Harri Keyn (12, 43-pen) dubl müəllifi olub. Digər iki qolu Cud Bellinqem (47) və Markus Reşford (85) vurublar. Xorvatiya seçməsində isə Martin Baturina (36) və Peter Musa (45+5) adlarını tabloya yazdırıblar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 03:00-da Qana Panama ilə qarşılaşacaq.
L qrupu
00:00. İngiltərə - Xorvatiya - 4:2
Qollar: Harri Keyn, 12-pen. (1:0), Martin Baturina, 36 (1:1), Harri Keyn, 42 (2:1), Petar Musa, 45+5 (2:2), Çud Bellinqem, 47 (3:2), Markus Reşford, 85 (4:2)


















































































