Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Orlean (Fransa) mərhələsinin qalibi olub.
Sportnet.az xəbər verir ki, Azərbaycanı bu mərhələdə təmsil edən "Neftçi" 1/4 final oyununda İspaniya millisinə 20:14, yarımfinalda Niderlandın "Amsterdam" klubuna 17:13 hesabları ilə qalib gələrək, finala vəsiqə qazanıb. Finalda ev sahibi Fransa yığması ilə üz-üzə gələn təmsilçimiz gərgin mübarizənin yekununda 20:21 hesabı ilə qələbə qazanıb və Orlean mərhələsinin çempionu olub.


















































































