Cənubi Afrika milli komandasının baş məşqçisi Uqo Bros vəzifəsindən ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Cənubi Afrika Futbol Assosiasiyasının (SAFA) mətbuat xidməti məlumat yayıb.
Qurumun sosial şəbəkə hesabında yayımlanan açıqlamada belçikalı mütəxəssisə təşəkkür edilib:
"Bu gün vəzifənizi tərk edərkən bir anlıq dayanıb Cənubi Afrika futbolu üçün etdiyiniz hər şeyə görə sizə dərin və səmimi təşəkkürümüzü bildirmək istəyirik."
Uqo Bros 2022-ci ildən Cənubi Afrika millisinin baş məşqçisi idi. O, daha əvvəl də 2021-2022-ci illərdə komandaya rəhbərlik edib.
Cənubi Afrika yığması 2026-cı il dünya çempionatında 1/16 finala qədər irəliləyib. Komanda bu mərhələdə Kanadaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.












































































