UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan klublarından "Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.
Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
20:00. "Zirə" - "Payde" (Estoniya) - 1:0 (İKİNCİ HİSSƏ)
Qol: Eren Aydın, 5
Baş hakim: Patrik Kolariç
Sumqayıt şəhər stadionu














































































