Azərbaycanın boccia üzrə milli komandasının üzvü Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal qazanıb.
Sportente.az xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı Sona Ağayeva həlledici görüşlərdə Portuqaliya təmsilçisi Monica Costa və Yeni Zelandiya idmançısı Chloe Sturt üzərində qələbə qazanaraq Çellencer turnirinin qızıl medalına sahib çıxıb.
Qeyd edək ki, Qahirədə təşkil olunan Çellencer turniri "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xalları qazandırır.













































































