“Sabah”ın fransalı futbolçusu Aaron Maluda karyerasını İsveçrədə davam etdirəcək.
Sportnet.az-ın “L’Équipe” nəşrinə istinadən məlumatına görə, 20 yaşlı vinger “Bazel” klubuna transfer olunub.
Tərəflər transferlə bağlı razılığa gəlib və keçidin məbləği təxminən 3 milyon avro təşkil edir.
Qeyd edək ki, Aaron Maluda ötən ilin yayında Fransanın “Lill” klubundan “Sabah”a icarə əsasında keçib. O, yanvar ayında Azərbaycan təmsilçisinə birdəfəlik transfer olunub.
Fransa U-19 millisində 5 oyun keçirən futbolçu ötən mövsüm “Sabah”ın heyətində 29 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Aaron Maluda Fransanın sabiq millisinin üzvü Floran Maludanın oğludur.














































































