Türkiyənin "Yeni Malatyaspor" klubu 2026-2027-ci illər mövsümündə rəsmi yarışlarda iştirak etməyəcəyini açıqlayıb.
Sportnet.az xəbər verir ki, klub rəhbərliyinin "Malatya Yeşilyurt Spor" ilə apardığı danışıqlardan sonra qəbul edilən qərara əsasən, "Yeni Malatyaspor" yeni mövsümdə liqaya qatılmayacaq.
Bununla da, Malatya şəhərini Türkiyə 3-cü Liqasında "Malatya Yeşilyurt Spor" təmsil edəcək.
Qeyd edək ki, bir vaxtlar Türkiyə Super Liqasında çıxış edən "Yeni Malatyaspor" son illərdə maliyyə problemləri və 2023-cü il zəlzələsinin yaratdığı çətinliklər səbəbindən ciddi böhran yaşayır. Klub daha əvvəl də fəaliyyətini müvəqqəti dayandırmaq məcburiyyətində qalmışdı.













































































