Azərbaycanın 20 yaşadək qadınlardan ibarət basketbol millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma 9–14-cü yerlər uğrunda təsnifat mərhələsində Rumıniya seçməsi ilə qarşılaşıb.
Görüş Azərbaycan komandasının 64:50 hesablı qələbəsi ilə başa çatıb.
Milli turnirdə son oyununu iyulun 12-də Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək.
Azərbaycan millisi bu görüşdə qalib gələcəyi təqdirdə, Avropa çempionatını 10-cu pillədə başa vuracaq.







































































