"Şəfa" Futbol Klubu yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Queli son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyinib.













































































