Misir millisinin ulduz futbolçusu Məhəmməd Salah yığmanın bombardir rekorduna bir addım da yaxınlaşıb.
Sportnet.az xəbər verir ki, futbol üzrə dünya çempionatının G qrupunda keçirilən Yeni Zelandiya – Misir oyunu ikincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada Məhəmməd Salah bir qol vurub və bir məhsuldar ötürmə edib. Bununla da onun Misir millisindəki qollarının sayı 118 oyunda 68-ə çatıb.
Salah hazırda yığmanım tarixində ən çox qol vuran futbolçu olan Hossam Hassanın rekorduna çox yaxınlaşıb. Hazırkı baş məşqçi H.Hassan milli komandada 69 qol vurub. Beləliklə, Salah rekordun yenilənməsi üçün cəmi bir qola ehtiyac duyur.









































































