"Neftçi" 3x3 basketbol komandası bu gün İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, "ağ-qaralar" A qrupundakı ilk matçında İspaniya təmsilçisi "Madrid"lə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 22:05-da başlayacaq.
Xatırladaq ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, "Neftçi" (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.








































































