“Kəpəz”də növbəti ayrılıq reallaşıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Gəncə təmsilçisi Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Futbolçu ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 32 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.










































































