UEFA rəhbərliyi 2027-ci ildə keçiriləcək FIFA prezidenti seçkilərində qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib namizəd irəli sürməyi planlayır.
Sportnet.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, FIFA-nın dünya çempionatı zamanı ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasını təxirə salması futbol rəsmiləri arasında narazılıq yaradıb. Nəticədə UEFA və digər qitələrin futbol rəhbərləri arasında İnfantinoya rəqib namizədin irəli sürülməsi ilə bağlı müzakirələr intensivləşib.
İddiay görə, bir çox futbol funksioneri FIFA-da rəhbərliyin dəyişməsinin vaxtı çatdığını düşünür. Lakin hələlik İnfantinoya qarşı açıq şəkildə namizəd olmaq istəyən yoxdur.
Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir. O, 2019 və 2023-cü illərdə də bu posta yenidən seçilib.









































































