Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya Şahmat Federasiyasının üzvlüyünü müvəqqəti dayandırmaq qərarına gəlib.
Sportnet.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.
İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əməl etmədiyinə görə qurumun bu cəza ilə üzləşdiyi bildirilib.
CAS qərarında göstərilən tələblər iyunun 9-dək yerinə yetirilməyib. Məhkəmənin qərarına əsasən, Rusiya tərəfi Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərində, eləcə də Krımda bütün fəaliyyətini 90 gün ərzində dayandırmalı idi.
CAS-ın qərarının icrasını qiymətləndirmək və FIDE Nizamnaməsinə uyğun qərarlar qəbul etmək üçün iyunun 17-də beynəlxalq təşkilatın Şurasının iclası planlaşdırılır.
















































































