2026-cı il dünya çempionatının 1/8 final mərhələsinin növbəti oyunu Fransa və Paraqvay milliləri arasında keçirilib.
Sportnet.az xəbər verir ki, ABŞ-nin Filadelfiya şəhərindəki "Linkoln Faynenşel Fild" stadionunda təşkil olunmuş qarşılaşma Fransanın qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qol 70-ci dəqiqədə vurulub. Fransa millisinin kapitanı Kilian Mbappe təyin olunan penaltini dəqiq yerinə yetirərək komandasına qələbə qazandırıb.
Beləliklə, Fransa millisi 1:0 hesablı qələbə ilə dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib. Növbəti rəqib Mərakeş olacaq. Mərakeş 1/8 finalda Kanadanı darmadağın edib - 3:0.
Qeyd edək ki, Paraqvay 1/16 finalda Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırmışdı. Fransa isə həmin mərhələdə İsveçi 3:0 hesabı ilə məğlub etmişdi.










































































