Mövsümün sonunda "Qarabağ”dan ayrılan qapıçı Amin Ramazanov “Sabah”a keçib.
Sportnet.az xəbər verir ki, Masazır təmsilçisi artıq 23 yaşlı qolkiperin adını Çempionlar Liqası üçün UEFA-ya göndərdiyi iştirak ərizəsinə əlavə edib.
Qeyd edək ki, Amin Ramazanov ötən mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə cəmi bir oyunda meydana çıxıb.







































































