İspaniya millisi futbol üzrə dünya çempionatında 1/8 finala yüksəlib.
Sportnet.az xəbər verir ki, yığma 1/16 final mərhələsində Avstriya ilə qarşılaşıb.
Görüş pireneylilərim 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Pedro Porro və Mikel Oyarsabal (2 qol) vurublar.
İspaniya seçməsi növbəti raundda Portuqaliya - Xorvatiya cütünün qalibi ilə oynayacaq.
DÇ-2026, 1/16 final
2 iyul
23:00. İspaniya - Avstriya - 3:0
Qollar: Mikel Oyarsabal 36, 89; Pedro Porro 66.
Baş hakim: Qlenn Nüberq ( İsveç )
Los Anceles, SoFi stadionu
Daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika və ABŞ yığmaları 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.







































































