“Şəfa” yeni transferini reallaşdırıb.
Sportnet.az xəbər verir ki, Bakı klubu müdafiəçi Andrey Fernando Draqunu heyətinə qatıb.
26 yaşlı rumıniyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Draqu son olaraq “Unirya (Sloboziya) klubunda çıxış edib.
Karyerası ərzində isə "Viitorul Tarqu Jiu", “Botoşani” və “Universitatya (Krayova) kimi komandaların formasını geyinib.












































































