Azərbaycan Premyer Liqasının (APL) 2025/2026-cı illər mövsümündə meydana çıxan ən gənc və ən yaşlı futbolçular müəyyənləşib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ən gənc oyunçusu "Kəpəz"in üzvü Raul İsaqov olub. Hücumçu XXXII turun "Araz-Naxçıvan"la görüşünün (0:2) 81-ci dəqiqəsində meydana daxil olaraq Premyer Liqada debüt edib. O, həmin vaxt 16 yaş 162 günlük olub.
Mövsümün ən yaşlı futbolçusu isə "Zirə"nin kapitanı Stefan Aka olub. Təcrübəli müdafiəçi XXXIII turda “İmişli”yə qarşı keçirilən matçda meydana çıxarkən 35 yaş 219 günlük olub. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.











































































