2026-cı il dünya çempionatında Çexiya - Cənubi Afrika Respublikası (CAR) ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, ABŞ-ın Atlanta şəhərindəki "Mersedes Bens" stadionunda keçirilmiş A qrupunun matçında qalib müəyyənləşməyib - 1:1.
Hesabı çexiyalı Mixal Sadilek 6-cı dəqiqədə açıb. 83-cü dəqiqədə isə Teboho Mokoena penalti zərbəsini dəqiq yerinə yetirərək CAR yığmasına 1 xal qazandırıb.
Qeyd edək ki, bu qrupun digər oyununda bu gecə saat 05:00-da Meksika Cənubi Koreya ilə üz-üzə gələcək.
DÇ-2026
II tur
18 iyun
A qrupu
20:00. Çexiya – CAR - 1:1
Qollar: Mixal Sadilek, 6 - Teboho Mokoena, 83 (pen.)
Atlanta (ABŞ), "Mercedes Bens" stadionu
Baş hakim: Tori Penso (ABŞ).





















































































