İngiltərə millisinin hücumçusu Harri Keyn dünya çempionatının qrup mərhələsinin III turunda Panama qarşı oyunda fərqlənməklə rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, bu qol Harri Keyn üçün əlamətdar olub.
O, cari mövsümdə klub və milli komandanın heyətində bütün turnirlərdə vurduğu qolların sayını 70-ə çatdırıb.
Bununla da 31 yaşlı futbolçu Kriştianu Ronaldunun bir mövsümdə vurduğu ən yüksək qol sayını geridə qoyub. Portuqaliyalı ulduz 2011/2012 mövsümündə 69 qol vurmuşdu. Keyn eyni zamanda Lionel Messinin 2012/2013 mövsümündə vurduğu 69 qolu da üstələyib.
Buna baxmayaraq, XXI əsrdə bir mövsümdə ən çox qol vuran futbolçu rekordu hələ də Lionel Messiyə məxsusdur. Argentinalı futbolçu 2011/2012 mövsümündə 82 dəfə fərqlənib.











































































