"Qarabağ"ın qapıçısı Mateuş Koxalski vətəni Polşada yerli futbol komandasının qonağı olub.
Sportnet.az xəbər verir ki, 26 yaşlı qolkiper Nedjvitsa Duja qəsəbəsini təmsil edən "Orion" komandasının "MGKS Visła Annopol" ilə görüşünü izləyib.
Təcrübəli qolkiper matçdan sonra azarkeşlərlə görüşüb, xatirə şəkilləri çəkdirib və klubun gənc futbolçuları ilə vaxt keçirib.
Koxalski xüsusilə aşağı yaş qruplarından olan oyunçulara diqqət ayıraraq onlarla söhbət edib, birlikdə futbol oynayıb və xatirə fotoları çəkdirib.
"Orion" klubu paylaşımında qapıçıya səfərinə, səmimiyyətinə və azarkeşlərlə, həmçinin gənc futbolçularla yaxın münasibətinə görə təşəkkür edib. Klub rəhbərliyi onun yenidən Nedjvitsa şəhərinə qayıdacağına ümid etdiyini bildirib və karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Mateusz Koxalski 2024-cü ilin yayında Polşanın "Stal" klubundan "Qarabağ"a transfer olunub. Onun Ağdam komandasına bu gündən Avstriyada başlanan təlim-məşq toplanışı zamanı qoşulacağı gözlənilir.
Daha əvvəl "Qarabağ" 2 qapıçısı ilə yollarını ayırıb.










































































