UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Danimarkada "Orhus" və "Sabah" komandaları arasında keçiriləcək ilk oyunun bütün biletləri satılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Orhus klubunun rəsmi saytı məlumat yayıb.
Avqustun 5-də Randers stadionunda oynanılacaq ilk qarşılaşma üçün yerli komanda azarkeşlərinə ayrılmış bütün biletlər tükənib. Bununla da 9 min nəfərlik stadionun tutumu tam dolub.
Klub azarkeşlərə göstərdikləri böyük dəstəyə görə təşəkkür edib və onları avqustun 5-də keçiriləcək oyunda komandaya dəstək olmağa çağırıb.
Bundan başqa, avqustun 11-də Bakıda keçiriləcək cavab qarşılaşmasının biletlərinin də satışda olduğu bildirilib.
Qeyd edək ki, "Orhus" - "Sabah" matçı Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab görüşü isə avqustun 11-də saat 20:00-da keçiriləcək.












































































