2026-cı il dünya çempionatının 1/16 final mərhələsinin növbəti görüşündə təşkilatçı ölkələrdən olan ABŞ-nin milli komandası Bosniya və Herseqovina yığması ilə üz0üzə gəlib.
Sportnet.az xəbər verir ki, Kaliforniya ştatının Santa Klara şəhərindəki "Lvays" stadionunda təşkil olunmuş qarşılaşma amerikalıların qələbəs ilə yekunlaşıb - 2:0.
Braziliyalı baş hakim Rafael Klausun idarə etdiyi oyunda hesabı 45-ci dəqiqədə Folarin Baloqun açıb.
Baloqun ikinci hissədə, 64-cü dəqiqədə kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, ABŞ azlıqda qalsa da, üstünlüyünü qoruyub və 82-ci dəqiqədə Malik Tillman cərimə zərbəsindən vurduğu baxımlı qolla yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, matç ərzində Baloqun və komandanın kapitanı Kristian Puliçiçin vurduğu daha iki qol ofsayd səbəbindən qeydə alınmayıb.
Beləliklə, ABŞ millisi 2:0 hesablı qələbə ilə dünya çempionatının 1/8 finalına yüksəlib və növbəti mərhələdə Belçika ilə üz-üzə gələcək.










































































