Niderlandın “Feyenoord” klubu baş məşqçi Robin van Persi ilə yollarını ayırıb.
Sportnet.az Rotterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi 18 ay ərzində komandaya rəhbərlik edən mütəxəssisə təşəkkür edib və onun fəaliyyətini yüksək qiymətləndirib.
Bildirilib ki, van Persi çətin mövsümdə komandaya rəhbərlik edərək Erediviziyada ikinci yeri təmin edib. Bu nəticə sayəsində “Feyenoord” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb ki, bu da klub üçün böyük əhəmiyyət daşıyır.
Bununla belə, klub daxilində aparılan təhlillərdən sonra rəhbərlik yeni mövsümə fərqli baş məşqçi ilə başlamağın daha məqsədəuyğun olduğu qənaətinə gəlib. Qərara komandanın nəticələrindəki dinamika və həm Erediviziyada, həm də avrokuboklarda xal göstəricisinin azalması təsir edib.
Qeyd edək ki, “Feyenoord”un yaxın günlərdə yeni baş məşqçisinin adını açıqlayacağı gözlənilir.













































































