ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə DÇ-2026-da qrup mərhələsinin növbəti oyunlarından sonra 1/16 final mərhələsinin 14 cütü müəyyənləşib.
Sportnet.az artıq bəlli olan cütləri təqdim edir:
- Almaniya – Paraqvay
- Fransa – İsveç
- Cənubi Afrika Respublikası – Kanada
- Niderland – Mərakeş
- Portuqaliya – Xorvatiya
- ABŞ – Bosniya və Herseqovina
- Belçika – Seneqal
- Braziliya – Yaponiya
- Kot-d'İvuar – Norveç
- Meksika – Ekvador
- İngiltərə – Konqo Demokratik Respublikası
- Argentina – Kabo-Verde
- Avstraliya – Misir
- Kolumbiya – Qana
Qalan iki qarşılaşmanın tərkibi isə qrup mərhələsinin hazırda davam edən J qrupundakı Əlcəzair - Avstriya və İordaniya Argentina görüşləri bitdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, dünya çempionatının qrup mərhələsində hər komanda üç oyun keçirir. Pley-offa hər qrupdan ilk iki yeri tutan yığmalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda da vəsiqə qazanır.











































































