Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar"ın yeni baş məşqçisinin adı bəlli olub.
Sportnet.az xəbər verir ki, klub Fizuli Məmmədovla razılığa gəlib.
Onunla "1+1" illik müqavilə imzalanıb.
Köməkçi-məşqçilər Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli olacaqlar.
Qeyd edək ki, Fizuli Məmmədov bundan əvvəl "Karvan-Yevlax"ın baş məşqçisi olub.









































































