Avstriyada rəlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, rəqib yerlii "VSG Tirol" olub.
Matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 3-nü yeni transfer Zakaria Savo, digərini Kamilo Duran vurub.
Avstriya bundesliqa təmsilçisi olan bu komanda ötən mövsümü 7-ci yerdə başa vurub.
"Qarabağ" Avstriyada daha 2 yoxlama matçı keçirəcək. Ağdam komandası iyulun 1-də Ukrayna “Xarkov”u ilə (Bakı vaxtı ilə saat 15:00) və Macarıstan "Ferentsvaroş"u ilə (Bakı vaxtı ilə saat 20:00-da) üz-üzə gələcək.













































































